CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 11 sentyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Sentyabrın 11-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 11-də kimlər anadan olub?
Muxtar Dadaşov (1913-1998) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyoru, kinorejissordur. O, “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmləri çəkib.
Muxtar Dadaşov
O'Henri (1862-1910) - Dünya şöhrətli amerikalı hekayə yazıçısıdır. Onun əsl adı Uiliam Sidney Porterdir. Yazıçı “Yanan Çıraq”, “Qərbin ürəyi”, “Sonuncu yarpaq” və s. hekayələrin müəllifidir.
German Titov (1935-2000) - Sovet kosmonavtı, uzunmüddətli kosmos uçuşunu (bir gündən çox) tamamlayan ilk insandır.
German Titov
İosif Kobzon (1937-2018) - Sovet və Rusiya estrada müğənnisi, siyasi və ictimai xadim, SSRİ xalq artistidir.
İosif Kobzon
Fedor Dobronravov (1961) - Sovet və Rusiya teatr və kino aktyoru, müğənni, RF xalq artistidir. O, “Yay adamları”, “Ləğvetmə”, “Qış romanı” və digər filmlərdə rol alıb.
Fedor Dobronravov
In-Qrid (1978) - italyan müğənni və bəstəkardır. Onun əsl adı İnqrid Alberinidir. O, karyerası ərzində Avropa və Mərkəzi Asiyada beynəlxalq uğur qazanıb.
11 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1609-cu ildə ingilis dənizçisi Henri Hudzon Manhetten adasını kəşf edib.
1888-ci ildə Torontoda keçirilən sənaye sərgisinin açılışında dünyada ilk dəfə insan səsi qeydə alınıb.
2001-ci ildə “Əl-Qaidə”* terror təşkilatı ABŞ-da terror aktı həyata keçirib. Terrorçular ələ keçirdikləri 4 sərnişin təyyarəsindən ikisini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi “göydələn binalara” və birini Vaşinqton ətrafında yerləşən Pentaqonun baş qərargahına çırpıblar. Hücum nəticəsində 3 minə yaxın insan həlak olub.
2007-ci ildə Rusiyada dünyanın ən güclü qeyri-nüvə silahı olan yüksək güclü aviasiya vakuum bombası sınaqdan keçirilib.
* Rusiya Federasiyası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarı ilə Rusiya Federasiyasının ərazisində onun fəaliyyəti qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.