BAKI, 11 sentyabr — Sputnik. ABŞ-ın orta mənzilli "Typhon" raket sistemlərinin Yaponiyada yerləşdiriləcəyi təqdirdə Rusiya və Çin cavab verəcək və bu siyasi cavabdan uzaq olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Bundan əvvəl "Japan Times" qəzeti ABŞ-ın Yaponiyada "Typhon" komplekslərini yerləşdirməkdə maraqlı olduğunu bildirmişdi.
"Aydındır ki, həm Rusiya, həm də Çin əlavə və çox əhəmiyyətli raket təhdidlərinin yaranmasına reaksiya verəcək və bu cavab siyasi müstəvidə olmaqdan uzaqdır. Bu da iki ölkə tərəfindən dəfələrlə təsdiqlənib", - Zaxarova qeyd edib.
Diplomat əmin olduğunu bildirib ki, Çin ABŞ-ın bu xarakterli hərəkətləri nəticəsində milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin zəifləməsinə imkan verməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.