CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Respublika ərazisində təhlükəsizlik aylığı keçirilir - "Diqqət, uşaqlar!" devizi altında

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil qəzalarında uşaqların travma almasının minimuma endirilməsində əhalini, xüsusilə qeyri-hökumət təşkilatlarını, media subyektlərini birgə iştirakçılığa dəvət edir.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. Yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin göstərişinə əsasən, bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması məqsədilə sentyabrın 10-dan respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb.
Oktyabrın 10-dək davam edəcək və "Diqqət, uşaqlar!" devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil qəzalarında uşaqların travma almasının minimuma endirilməsində əhalini, xüsusilə qeyri-hökumət təşkilatlarını, media subyektlərini birgə iştirakçılığa dəvət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.