BAKI, 11 sentyabr — Sputnik. BRİKS ölkələri ilə qlobal cənub dövlətləri arasında əməkdaşlıq indi həmişəkindən daha çox tələb olunur. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
"Biz qlobal Cənubun bütün ölkələri ilə əməkdaşlığı gücləndirməyi işimizin mühüm elementi hesab edirik. Əminəm ki, dünya səhnəsində baş verən əsaslı dəyişikliklər kontekstində bu cür qarşılıqlı fəaliyyət həmişəkindən daha çox tələb olunur. Əməkdaşlığımızın dünya çoxluğunun konsolidasiyasına töhfə verməsi nəzərdə tutulub. Kollektiv səylər sayəsində assosiasiyamız maraqlar tarazlığının təmin edilməsi, sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mühüm alətə çevriləcək", - Şoyqu deyib.
Onun sözlərinə görə, hazırkı görüş çərçivəsində dəvət olunmuş ölkələrlə ayrıca sessiya keçirəcək və bu sessiyada təhlükəsizlik və davamlı inkişaf məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, Sankt-Peterburqda BRİKS və BRİKS plus ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan dövlətlərin ali nümayəndələrinin görüşü keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.