HƏRBİ

KTMT-nin hərbi təlimlərinin aktiv mərhələsi başlayıb

Manevrlərdə Qırğızıstanda daxil olmaqla, Rusiya, Belarus, Qazaxıstan və Tacikistandan ümumilikdə 1500 nəfərlik şəxsi heyət iştirak edir.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. Qırğızıstanın İssık-Kul vilayətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin "Birgə fəaliyyət-2024" təlimlərinin aktiv mərhələsi başlayıb.
Xarici KİV-lərin məlumatına görə, manevrlərdə Qırğızıstanda daxil olmaqla, Rusiya, Belarus, Qazaxıstan və Tacikistandan ümumilikdə 1500 nəfərlik şəxsi heyət iştirak edir.
Xatırladaq ki, KTMT-nin üzvü olan Ermənistan budəfəki təlimlərə qatılmayıb.
Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyini istisna etmirəm. Bununla yanaşı o, ölkəsinin BRICS ilə əməkdaşlığını vacib element hesab etdiyini vurğulayıb. Simonyan bildirib ki, Ermənistanın regiondan uzaqlaşmaması çox önəmli məsələdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.