BAKI, 10 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq. Bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
"Biz onları öz ərazimizdən çıxarmayana qədər, təbii ki, onlarla heç bir danışıqlar aparmayacağıq", - deyə o bildirib.
O, həmçinin Ukraynanın Kursk AES-də nüvə təxribatı törətmək cəhdlərini şərh edərək, bunu terrorun ən yüksək formasının təzahürü adlandırıb.
"Kursk AES-ə qarşı nüvə terroru həyata keçirmək istəyi, deyərdim ki, terrorun ən yüksək səviyyəsindən başqa bir şey deyil", - Şoyqu vurğulayıb.
O, əlavə edib ki, terrorçular AES-i ələ keçirməyi planlaşdırıblar, lakin xoşbəxtlikdən onların planları uğurlu olmayıb.