RUSİYA

Şoyqu: BRİKS ölkələrinin nümayəndələri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

Sentyabrın 10-12-də Sankt-Peterburqda keçiriləcək görüşün gündəliyinin əsas mövzularından biri informasiya təhlükəsizliyi olacaq.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. BRİKS ölkələrinin ali nümayəndələrinin Sankt-Peterburqda təhlükəsizlik məsələlərinə dair görüşündə Ukrayna və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, görüşün gündəliyinin mühüm aspekti mənəvi-əxlaqi dəyərlər mövzusu olacaq. Onlar indi "ön plana çıxırlar. Burada söhbət təkcə dəyərlərin qorunmasından getmir, həm də suverenliyin, milli özünəməxsusluğun və bu və ya digər şəkildə ölkənin simasını təmsil edən şeylərin qorunub saxlanmasından gedir", – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd edib.
"Təəssüf ki, bizdə son illərin acınacaqlı təcrübəsi var. Hər kəs Parisdə Olimpiadanın bu "möcüzəli" açılışı izlədi. Bütün bunları kimin və niyə təşkil etdiyi aydın deyil.Məhz bunu müzakirə edəcəyik", Şoyqu əlavə edib.
Onun sözlərinə görə, sentyabrın 10-12-də Sankt-Peterburqda keçiriləcək görüşün gündəliyinin əsas mövzularından biri informasiya təhlükəsizliyi olacaq.
"Biz informasiya təhlükəsizliyi baxımından görürük ki, bütün "rəngli inqilablar" və informasiya təhlükəsizliyini əlaqələndirmək çətin deyil, əslində hamısı bir yerdədir. Əgər müxtəlif ölkələrdə ABŞ-ın bəyənmədiyi namizədə səs verilərsə, o zaman Vaşinqton bu dövlətlərin daxili işlərinə qarışacaq. Bu, bir çox ölkədə bir neçə dəfə baş verib. Son hadisələr Venesuelada baş verib", Şoyqu deyib.
Onun sözlərinə görə, kiberhücumlar və informasiya müharibəsi heç bir dəyişikliyə məruz qalmır.
"Lakin "bütün dünya Vaşinqtonun "seçki komissiyasından" asılı ola bilməz", - Şoyqu vurğulayıb.