RUSİYA

Puşkov: Şolts Almaniya kansleri olaraq qalmaq üçün Ukrayna ilə bağlı sülh planına başladı

Senator bildirib ki, Şolts kansler vəzifəsini davam etdirmək məqsədilə Ukrayna münaqişəsinin həlli üçün sülh planından danşmağa başlayıb.
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Almaniyanın Saksoniya və Türingiya vilayətlərində keçirilən seçkilərin uğursuz nəticələri Olaf Şoltsun kansler postunda qalmasını sual altına qoyur. Məhz bu səbəbdən Almaniya lideri Ukrayna münaqişəsinin həlli üçün sülh planının hazırlanması barədə danışmağa başlayıb.
Bunu senator Aleksey Puşkov öz “Telegram” kanalında paylaşıb.
“Şolts, şübhəsiz ki, Almaniya Sosial Demokrat Partiyasının (ASDP) uğursuz olduğu Türingiya və Saksoniyadakı seçkilərin nəticələrindən çox narahatdır. Bu, kansler kürsüsündə qalmaq istəyən Şolts üçün ciddi siqnaldır”, siyasətçi bildirib.
Kanslerin çətin daxili siyasi vəziyyəti onu nəsə etməyə məcbur edir, əks halda Olaf Şolts siyasi cəhətdən məhvə məhkum olacaq. Kansler özünü xilas etmək üçün təcili olaraq Ukraynanın ərazi güzəştlərini nəzərdə tutan sülh planı hazırlayır.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Almaniya liderinin sözlərini şərh edərkən qeyd edib ki, Kreml Almaniya kanslerinin Ukraynadakı münaqişənin həlli ilə bağlı “sülh planı” haqqında yalnız mediadan eşidib.
Bu yaxınlarda Olaf Şolts Berlin Təhlükəsizlik Konfransında dəyirmi masa zamanı Rusiya ilə sülh nizamına qayıtmağa ümid etdiyini bildirib.