BAKI, 10 sentyabr — Sputnik. Ötən il 71 orta ümumtəhsil müəssisəsində araşdırma aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib.
O bildirib ki, monitorinqlər davam etdirilir.
"62 təhsil müəssisəsində şagird davranış qaydaları tətbiq edilib", - Nərminə Hüseynova qeyd edib.
Ötən tədris ilində Bakıda 175 bağçada monitorinq keçirilib. Nərminə Hüseynovanın sözlərinə görə, bu ilin ötən dövründə 246 bağçada sağlam qidalanma xidməti təmin edilib: "Bu rəqəm keçən il üçün 101 müəssisə idi".