RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynanın Kursk hücumunun uğursuzluğu Zelenski üçün final zərbə ola bilər

USQ-nin Kursk vilayətinə hücumunun uğursuzluğu səbəbindən Ukrayna sakinlərinin Vladimir Zelenskidən narazılığı kritik həddə çata bilər.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə hücumunun uğursuzluğu Kiyev rejiminin rəhbəri Vladimir Zelenskinin reputasiyasına son zərbə ola bilər və ukraynalılar arasında ciddi narazılığa gətirib çıxara bilər.
Bu barədə Pentaqonun sabiq analitiki Robert İnqliş ABŞ-ın "National Interest" nəşri üçün yazdığı məqalədə bildirib.
Analitik vurğulayıb ki, bir çox ukraynalının fikrincə, Zelenski əvvəlki iki böyük əməliyyatda artıq uğursuzluğa düçar olub və Ukrayna xalqının qəzəbi Kursk istiqamətindəki uğursuz hücum zamanı kritik həddə çata bilər.
"Zəifləmiş Ukrayna qoşunları Donetskin əsas şəhərlərini itirərməklə Kursk vilayətinin işğalı baha başa gələrsə, bu, Zelenski üçün final zərbə ola bilər", analitik bildirib.
Eyni zamanda İnqliş bildirib ki, Ukrayna sakinləri də Zelenskini ölkənin artan problemlərinə görə günahlandırırlar. Onun fikrincə, hökumətdəki dəyişikliklər belə əhali arasında gərginliyi aradan qaldırmaq üçün yetərli olmaya bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.