SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tokayev Əliyevə zəng etdi: Qazaxıstan danışıqlar üçün platforma təqdim etməyə hazırdır

Tokayev həmkarını Qazaxıstan nümayəndələrinin də müşahidə etdiyi parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Qazaxıstan Azərbaycan və Ermənistan arasında danışıqlar üçün Almatı platformasını təqdim hazırdır.
"Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində Bakının Astana ilə ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığı daha da gücləndirmək üçün səylərini davam etdirmək niyyətində olduğunu bəyan edib", məlumatda bildirilir.
Tokayev həmçinin həmkarını Qazaxıstan nümayəndələrinin də müşahidə etdiyi parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.
Bundan əlavə, Tokayev V Ümumdünya Köçəri Oyunlarına idman nümayəndə heyətini göndərdiyinə görə İlham Əliyevə təşəkkür edib.
Dövlətimizin başçısı strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın yüksək dinamikasını qeyd edib.
Qazaxıstan Prezidenti iki ölkə xalqlarının daha da yaxınlaşması üçün sentyabrın sonunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.