BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 9-da kimlər anadan olub?
Lev Tolstoy (1828-1910) - rusiyalı yazıçısı və filosofdur. O, "Hərb və Sülh", "Anna Karenina" və s. əsərlərin müəllifidir.
Lev Tolstoy
© Sputnik / Роман Денисов
Nadejda Rumyantseva (1930-2008) - Sovet və Rusiya aktrisası, RSFSR xalq artistidir. O, "Yanacaqdoldurma stansiyasının kraliçası", "Qafqaz əsiri", "Qızlar" və s. filmlərdə rol alıb.
Nadejda Rumyantseva
© Sputnik / Борис Кауфман
Hyu Qrant (1960) - İngilis kinoaktyorudur. O, "Bricit Cons gündəliyi ", "Gerçək sevgi", "Primadonna" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Hyu Qrant
© AP Photo / Vianney Le Caer/ Invision
Adam Sendler (1966) - amerikalı kinoaktyor, musiqiçi, ssenarist və kino prodüseridir. O, "Billy Madison", "Bəxtəvər Hilmor", "Böyük ata" və "Transilvaniya hoteli" filmlərindəki baş rolları ilə tanınıb.
Adam Sendler
© AP Photo / Chris Pizzello
Mişel Uilyams (1980) - ABŞ aktrisasıdır. O, iki "Qızıl Qlobus", "Emmi" və ABŞ Kino aktyorları Gildiyasının qalibidir. Aktrisa "Vendi və Lüsi", "Qozbel dağ" və s. filmlərdə rol alıb.
Mişel Uilyams
© AP Photo / Jordan Strauss
Keti Topuriya (1986) - gürcü və rusiyalı müğənni, "A" Studio qrupunun vokalistidir.
9 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1776-cı ildə Amerika Birləşmiş Koloniyalarının yeni adı təsdiq edilib - Amerika Birləşmiş Ştatları (ABŞ).
1892-ci ildə amerikalı astronom E.Barnard Yupiterin beşinci peykini - Amalteyanı kəşf edib.
1995-ci ildən Beynəlxalq Estetika və Kosmetologiya Komitəsinin təşəbbüsü ilə təsis edilən Beynəlxalq Gözəllik Günü qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.