DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək

Rusiya Silahlı Qüvvələri sentyabrda Çinin keçirdiyi Şimal təlimlərində iştirak etmək üçün Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrini göndərəcək.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Çin və Rusiya sentyabrda Yaponiya dənizi və Oxotskda "Şimal Qarşılıqlı Fəaliyyət-2024" birgə hərbi təlimləri keçirəcək. Bu barədə Çin Müdafiə Nazirliyi bildirib.
"Çin və Rusiya tərəflərinin illik planı və razılaşmalarına uyğun olaraq, Rusiya Silahlı Qüvvələri sentyabrda Çinin keçirdiyi Şimal təlimlərində iştirak etmək üçün Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrini göndərəcək. Qarşılıqlı fəaliyyət - 2024 Yaponiya və Oxotsk dənizlərinin dəniz sularında və hava məkanında keçiriləcək", Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, bu təlimlərin məqsədi Çin və Rusiya Silahlı Qüvvələri arasında strateji əməkdaşlığın səviyyəsini dərinləşdirmək və təhlükəsizlik təhdidlərinə birgə cavab vermək qabiliyyətini gücləndirməkdir.
09.06.23, 19:03
Rusiya hərbçiləri Çinin təşkil etdiyi "Şimal. Qarşılıqlı əlaqələr-2023" təlimlərində iştirak etməyi planlaşdırırlar.
Rusiya KİV-nin yaydığı xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Çin Xalq Respublikası (ÇXR) Mərkəzi Hərbi Şurasının üzvü, ÇXR Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi, general-polkovnik Lyu Cenli ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.
Çin Müdafiə Nazirliyindən bildirilib ki, tərəflər dövlət başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsi və iki ölkənin hərbçiləri arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Moskva və Pekin "Şimal. Qarşılıqlı əlaqələr-2023" hərbi təlimlərinin birgə keçirilməsi barədə razılığa gəliblər, Rusiya tərəfi iştirakını təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.