DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazdıqları quyuya özləri düşdü: ABŞ və Avropa dəniz məhsullarının qıtlığı ilə üzləşirlər

Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar ABŞ və Avropada mintay, treska və yengəc qıtlığına səbəb olub.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Rusiyanın dəniz məhsullarının idxalını qadağan edən anti-Rusiya sanksiyaları nəticəsində ABŞ və Avropa yengəc, treska və mintay qıtlığı ilə üzləşib.
Bu barədə RİA Novosti məlumat yayıb.
ABŞ-ın Rusiyadan balıq idxalına qadağası 2022-ci ilin yazında qüvvəyə minib. O zaman qızılbalıq, treska, yengəc və mintay, sonra isə Rusiya mənşəli dəniz məhsulları qadağan edilib.
Daha sonra Ümumrusiya Balıqçılıq Müəssisələri, Sahibkarlar və İxracatçılar Assosiasiyasının proqnozları da özünü doğrultmağa başlayıb - Rusiya balıqlarının tədarükü ilə əlaqəli iki böyük ABŞ şirkəti iflasa ugramağa yaxınlaşıb. Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada balıq və çipslərin ("fiş-end-çips") qiyməti iki dəfə bahalaşıb.
İndi növbə Almaniyadır, onlar hələ də Rusiyaya qarşı sanksiyaların qüvvəyə minməsinə hazırlaşırlar, mintay balığın qiymətləri isə kosmik surətdə artır və balıq sənayesində işləyən minlərlə alman işçisi işdən çıxarılma riski ilə üzləşə bilər.
"Balıq sənayemizi məhv etmək üçün üç il kifayət edəcək", Almaniya Balıqçılıq Sənayesi və Topdan Ticarət Federal Assosiasiyasının idarəedici direktoru Şteffen Mayer bildirib.
Bu yaxınlarda Ümumrusiya Balıqçılıq Müəssisələri, Sahibkarlar və İxracatçılar Assosiasiyasının (VARPE) rəhbəri German Zverev söyləyib ki, ABŞ-ın Rusiyada tutulan və üçüncü ölkələrdə emal edilən qızılbalıq, treska, mintay və yengəcdən olan balıq məhsullarının idxalına qoyulan qadağa amerikalı alıcılara zərbə vuracaq.
Rusiya 2022-ci ildə Ukrayna böhranına və xüsusi hərbi əməliyyat (XHƏ) fonunda tətbiq edilən sanksiyalara baxmayaraq, Avropa ölkələrinə balıq tədarükünü kəskin şəkildə artırıb.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.