SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənilərin qaytarılması sülh müqaviləsi layihəsində yer almayıb - Simonyan

Ermənistan Milli Assambleyasının spikeri deyib ki, bu məsələ 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alıb və burada Rusiya və Azərbaycan əsrlərin qaytarılması problemini həll etməyi öhdəsinə götürüb.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Bakıda saxlanılan ermənilərin Ermənistana qaytarılması məsələsi İrəvan və Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb. Bununla belə, problem bütün platformalarda müzakirə olunur. Bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan deyib.
O xatırladıb ki, bu məsələ 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alıb və burada Rusiya və Azərbaycan əsrlərin qaytarılması problemini həll etməyi öhdəsinə götürüb.
Siyasətçidən Ermənistanın noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakı üçün saxlanılanların qaytarılmasını şərt qoya bilərmi deyə soruşublar.
Simonyan bu cür müzakirələrin erkən olduğunu bildirib:
"Ümumiyyətlə, başa düşmək lazımdır ki, bu və ya digər ölkəni sammitə dəvət edən Azərbaycan deyil. Bu, BMT-nin tədbiridir və kimi dəvət edib, kimi çağırmamağa təşkilat qərar verir".
O əlavə edib ki, İrəvan bütün bu məsələlərin bir paketdə həllinə üstünlük verəcək.
Rəsmi məlumata görə, Azərbaycanda 23 erməni saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.