Mətbuat mərkəzi

ŞƏT və Aİİ-nin nəqliyyat dəhlizlərinin inkişafı

Bu coğrafiyada əsas marşrutlar Şimal-Cənub və Şərq-Qərb marşrutları hesab olunur.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Son illərdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında nəqliyyat dəhlizlərinin inkişafı xüsusi dinamika qazanıb ki, bu da Avrasiyanın orta hissəsində nəqliyyat əlaqələrinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Bu coğrafiyada əsas marşrutlar Şimal-CənubŞərq-Qərb marşrutları hesab olunur. Avrasiyanın mərkəzində bu iki irimiqyaslı layihənin birləşməsi çoxsaylı digər kiçik layihələrin inkişafına sinergetika effekti verir.
ŞƏT və Aİİ-ni məsuliyyət zonası olan Avrasiyanın orta hissəsində nəqliyyat layihələrinin inkişafı barədə sentyabrın 11-də, saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən videokörpü zamanı məlumat veriləcək:
Bakıda:
Emin Məmmədzadə - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İqtisadiyyat İnstitutunun dosenti, aparıcı elmi işçisi
Moskvada:
Erencenova Qalina Sanciyevna - "Rusiya İxrac Mərkəzi" ASC-nin ixrac logistikasının İnkişafı üzrə direktoru
Yuri Borisoviç Petrov - "Beynəlxalq nəqliyyat dəhlizləri rəhbərliyi" qeyri-kommersiya təşkilatının beynəlxalq əməkdaşlıq üzrə müşaviri
Daşkənddə:
Özbəkistan Respublikası Nəqliyyat Nazirliyinin nümayəndəsi
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.