İQTİSADİYYAT

Keçən ay Azərbaycana ən çox turist Rusiyadan gəlib

Təkcə avqust ayında ölkəyə 245337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23% çoxdur.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 748 min 032 xarici vətəndaş səfər edib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.
Təkcə avqust ayında ölkəyə 245337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23% çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 63339 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34174 nəfər), üçüncü yerdə isə Hindistan (21137 nəfər) qərarlaşıb.
Turistlər Bakıda suvenir mağazasında, arxiv
Bu dövrdə İrandan 17,6 min, Səudiyyə Ərəbistandan 13,5 min, Gürcüstandan 9,9 min, Pakistandan 9,3 min, Qazaxıstandan 9,3 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Küveytdən 5,1 min, Çindən 4,9 min, Omandan 4,6 min, Özbəkistandan 4,2 min, İsraildən 4 min, Ukraynadan 3,4 min turist gəlib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 502 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.