BAKI, 8 sentyabr - Sputnik. "Deyilənlər mediaya sızdırılma deyil, rəsmi bəyanatlar şəklində olmalıdır". Bunu RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya kansleri Olaf Şoltsun “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı təhqiqatla bağlı sözlərini şərh edərkən deyib.
“Bu, müvafiq ölkələrin müvafiq strukturları arasında məlumat mübadiləsi şəklində olmalıdır", - Zaxarova deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
© Sputnik / Станислав Красильников
/ Diolomat onu da bildirib ki, ilk növbədə, Berlin mövcud məlumatları Rusiya ilə bölüşməlidir.
Bundan əvvəl Şolts ZDF televiziyasına müsahibəsində bildirib ki, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlar araşdırılmalı, hadisəni törədənlər məsuliyyətə cəlb edilməlidir.
O, heç bir şeyin gizlədilməməsinin və məsul şəxslərin məsuliyyətə cəlb olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.