BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 7-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 7-də kimlər anadan olub?
Mənsur Vəkilov (1939-2008) - Azərbaycanın əməkdar incəsənət xadimi, şair və jurnalistdir. O, "Ədəbi Azərbaycan" jurnalının baş redaktoru olub. Şair "Şeirlər", "Avar səsi", "Son etiraf", "Lirika" və s. rus dilində şeirlər toplularının müəllifidir.
Aleksandr Kuprin (1870-1938) - rusiyalı yazıçı, şair və tərcüməçidir. O, "Nar bilərziyi", "Duel" və başqa əsərlərin müəllifidir.
Aleksandr Kuprin
© Sputnik
Baddi Holli (1936-1959) - amerikalı müğənni və mahnı müəllifidir. O, "Rok-n-roll"un qabaqcıllarından biridir. Müğənninin yaradıcılıqdakı yenilikləri həm müasirlərə, həm də sonrakı musiqiçi nəsillərinə, o cümlədən "The Beatles", "The Beach Boys", "The Rolling Stones", "Bob Dylan"a böyük təsir edib.
Baddi Holli
© AP Photo
Mixail Zelenski (1975-2022) - rusiyalı jurnalist və teleaparıcıdır. O, "Vesti", "Vesti-Moskva", "Canlı yayım" və digər verilişlərin aparıcısı olub.
Mixail Zelenski
© Sputnik / Екатерина Чеснокова
Evan Reyçel Vud (1987) - amerikalı aktrisa, model və musiqiçidir. O, aktyorluq karyerasına teleseriallardakı epizodik rollarla başlayıb. Aktrisa "Ananın intiqamı", "Simona", "Şəhərdə ayaqyalın" və s. filmlərdə rol alıb.
Evan Reyçel Vud
© AP Photo / Evan Agostini
7 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1763-cü ildə İngiltərə kralı III Georq Kanadanı məskunlaşdırmağa çağıran bəyanat verib.
1776-cı ildə sualtı qayığın ilk hücumu baş verib: ABŞ-ın "Tısbağa" sualtı qayığı Nyu-York limanında Böyük Britaniyanın "Qartal" flaqmanına saatlı bomba yerləşdirməyə cəhd edib.
1812-ci ildə Borodino döyüşü baş verib - general Mixail Qolenişev-Kutuzovun komandanlığı altında Rusiya ordusu ilə İmperator I Napoleon Bonapartın komandanlığı altında Fransa ordusu arasında 1812-ci il Vətən Müharibəsinin birgünlük döyüşlərin ən qanlı döyüşü olub. 12 saat davam edən döyüş hər iki tərəfin inadkarlığı ilə seçilib. Təxmini hesablamalara görə, ordular heyətlərinin təxminən üçdə birini itiriblər.
1822-ci ildə Braziliya Portuqaliyadan müstəqilliyini elan edib.
1896-cı ildən Ümumdünya Təbilçi Günü qeyd olunur. Ilk Olimpiya Oyunlarının açılışı zamanı İsveçrə komandasının hərbi təbilçilər ansamblının müşayiəti ilə stadiona daxil olmasından sonra bu bayram rəsmi status qazanıb.
1988-ci ildən Ümumdünya Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım assosiasiyasının təşəbbüsü ilə Ümumdünya hərbi oyuncağın məhv edilməsi Günü qeyd olunur. Bu gün hərbi oyuncaqları yumşaq oyuncaqlara və şirniyyatlara dəyişmək adətdir.
1992-ci ildə Rusiyanın "Kommersant" qəzeti ilk dəfə "novıye russkiye" ifadəsini işlədib.
1996-cı ildə amerikalı rep əfsanəsi, kinoaktyor və ictimai xadim Tupak Amaru Şakur həyatını itirib. O, Nevada ştatının Las-Veqas şəhərində hərəkət edən avtomobildən atışma zamanı güllələnərək öldürülüb.
2011-ci ildə, havaya qalxdıqdan dərhal sonra Rusiyanın Yaroslavl şəhərini təmsil edən "Lokomotiv" xokkey komandasının üzvlərini daşıyan "Yak-42" təyyarəsi qəzaya uğrayaraq Volqa çayına düşüb. Təyyarədə olan 45 nəfərdən 44-ü həlak olub. Qəzadan yalnız bort mühəndisi Aleksandr Sizov sağ qalıb.