ELM

Həkim başgicəllənmənin hansı ciddi xəstəliklərin əlaməti olduğunu izah etdi

Sistemsiz başgicəllənmə ürəkgetmə, ürək aritmiyası, anemiya, həmçinin yüksək qan şəkəri və ya müəyyən dərman preparatlarının həddindən artıq dozası nəticəsində yaranır.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Başgicəllənmə hər bir insanda olacaq bir simptomdur. Buna yuxusuzluq, həddindən artıq yorğunluq, təzyiq artımı və müxtəlif xəstəliklər səbəb ola bilər.
Bu barədə Rusiya Federasiyasının əməkdar həkimi, Domodedovskaya xəstəxanasının baş həkimi Andrey Osipov məlumat verib.
Ekspert bu cür simptomların sistemli və sistemsiz ola biləcəyinə aydınlıq gətirib. Birinci halda vestibulyar aparat təsirlənir.
"Bunun səbəbi beyin qan dövranının pozulması, damar dəyişiklikləri, daxili qulaqın zədələnməsi, beyin şişləri ola bilər", mütəxəssis qeyd edib.
Sistemsiz başgicəllənmə ürəkgetmə, ürək aritmiyası, anemiya, həmçinin yüksək qan şəkəri və ya müəyyən dərman preparatlarının həddindən artıq dozası nəticəsində yaranır.
"Məsələn, insulin, antihipertenziv dərmanlar, həmçinin panik atak və boğanaq otaqda olmaq da səbəb ola bilər. Çox vaxt bu, beyin zədələnməsinə aiddir ki, bu da sistem növü ilə əlaqədardır", Osipov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.