BAKI, 6 sentyabr — Sputnik. Serbiya Prezidenti Aleksandr Vuçiç və Rusiya lideri Vladimir Putin telefon danışığında BRİKS sammitinə dəvət məsələsini müzakirə edəcəklər. Bununla bağlı artıq razılıq əldə olunub.
Bu barədə RİA Novosti Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulinin söylədiklərinə istinadən xəbər verib.
Putin Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulindən Prezident Vuçiçə salamlarını çatdırmağı xahiş edib və onun Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində həyata keçiriləcək tədbirlərə gələcəyinə ümid etdiyini bildirib.
"Prezident Vuçiç Rusiya prezidentinin Kazanda keçiriləcək BRİKS toplantısına dəvətini böyük minnətdarlıq və səmimi hörmətlə qəbul edib. Bu, Prezident Vuçiç və Serbiya Respublikası üçün böyük şərəfdir və o, bu dəvətdən imtina etməyib" - Serbiyanın Baş nazirinin müavini bildirib.
Onun sözlərinə görə, siyasi opponentlər Serbiya prezidentinin sözlərini elə təhrif etməyə çalışıblar ki, o, uydurma bəhanə ilə dəvətdən imtina edib.
"Onun gedib-getməyəcəyi, digər məsələlərlə yanaşı, artıq razılaşdırılan prezident Putinlə telefon danışığında müəyyənləşəcək”, Vulin vurğulayıb.
Bu yaxınlarda Vuçiç 10-12 gün əvvəl oktyabrın 23-24-də keçiriləcək BRİKS sammitində iştirak etmək üçün dəvət aldığını, lakin Serbiyada "o zaman xaricdən mühüm qonaqların, bir çox vacib səfərlərin olacağını" söyləyib. Vuçiç 10 oktyabrda qərar qəbul edəcəyini açıqlayıb.
Serbiya lideri həmçinin oktyabrın 20-də Belqradın azad edilməsinin 80 illiyinin qeyd olunduğunu da xatırladıb. Vuçiçin sözlərinə görə, bu il Serbiya Rusiya Federasiyası və digər iştirakçılar ilə birlikdə zəngin bayram proqramı keçirəcək. O, bildirib ki, Belqrad suveren siyasət yürüdür, Rusiya və digər ölkələrlə ənənəvi münasibətləri qoruyub saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.