RUSİYA

"Telegram"ın rəhbəri Fransada saxlanılmasını şərh edib: İddialar məni təəccübləndirdi

Durov qeyd edib ki, Fransa hakimiyyəti ölkənin Dubaydakı konsulluğuna tez-tez baş çəkdiyini və hətta onlara Fransada terrorizmlə mübarizə üçün qaynar xətt yaratmağa yardım göstərdiyini nəzərə alaraq, kömək üçün birbaşa ona müraciət edə bilərdi.
Sputnik
BAKI, 6 sentyabr - Sputnik. "Telegram" messencerinin baş direktoru Pavel Durov Fransada saxlanılması ilə bağlı ilk dəfə danışıb.
Bu barədə messencerin təsisçisi özünün "Telegram" kanalında bildirib.
Durov ona dəstək verən və qayğı göstərən hər kəsə minnətdarlığını bildirib. O, Parisə gəldikdən sonra dörd gün ərzində polis tərəfindən dindirildiyini söyləyib. Qeyd edib ki, digər istifadəçilərin "Telegram"dan sui-istifadəyə görə mümkün şəxsi məsuliyyəti barədə məlumatlandırılıb, çünki Fransa hakimiyyəti şirkətdən heç bir cavab almayıb.
Durov bir neçə məqamı qeyd edərək, bu cür iddiaların onu təəccübləndirdiyini qeyd edib. O, qeyd edib ki, əvvəla, "Telegram"ın Avropa Birliyində bu regiondan gələn sorğuları qəbul edən və cavablandıran rəsmi nümayəndəsi var. Nümayəndənin əlaqə məlumatları hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə haqqında məlumat axtaran hər kəs üçün asanlıqla əldə edilə bilər.
İkincisi, Fransa hakimiyyəti ölkənin Dubaydakı konsulluğuna tez-tez baş çəkdiyini və hətta onlara Fransada terrorizmlə mübarizə üçün qaynar xətt yaratmağa kömək etdiyini nəzərə alaraq, kömək üçün birbaşa ona müraciət edə bilərdi.
Üçüncü məqam internet xidmətləri ilə işləmə praktikası ilə bağlı idi. Durov vurğulayıb ki, əgər ölkə onlayn xidmətin işindən razı deyilsə, daha adi üsul ona qarşı iddia qaldırmaqdır.
Durov məxfilik və təhlükəsizlik arasında tarazlığa nail olmağın çətin olduğunu etiraf edib. Qeyd edib ki, məlumatların qorunması qanunvericiliyi hüquq-mühafizə orqanlarının tələbləri ilə razılaşdırılmalı və yerli və Avropa qanunları nəzərə alınmalıdır.
28.08.24, 23:58
Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb
Fransada istintaq hakimi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.
Bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.
O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.
Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan edilib.
27.08.24, 13:05
"Telegram"ın rəhbərinin həbsdə saxlanma müddəti uzadılıb
Telegram-ın yaradıcısı Pavel Durovun Fransada həbs müddəti avqustun 26-sı axşam saatlarında 48 saat uzadılıb. Bu barədə Paris prokurorluğundakı mənbə RİA Novosti-yə bildirib.
"Mən təsdiq edə bilərəm ki, Pavel Durovun polisdə saxlanma müddəti ötən gecə 48 saat uzadılıb" - mənbə deyib.
Avqustun 24-ü axşam Fransa mediası Telegram-ın qurucusu Pavel Durovun Le Burje hava limanında saxlanıldığını xəbər verib. O, Azərbaycandan gəldiyi iddia edilən şəxsi təyyarədən enərkən saxlanılıb.
Fransa mətbuatının yazdığına görə, Fransa vətəndaşlığı olan Durov ölkədə axtarışda olanlar siyahısında olub. Paris prokurorluğundan verilən açıqlamaya görə, Fransa hakimiyyəti Durovun internetdə qanunsuz fəaliyyətlər, o cümlədən uşaq pornoqrafiyasının yayılması və narkotik alveri ilə bağlı məlumatların gizlədilməsində iştirakını araşdırır. O, həmçinin hakimiyyətlə əməkdaşlıq etmək istəməməkdə şübhəli bilinir.
KİV-in məlumatına görə, Durovu 20 ilə qədər həbs cəzası gözləyə bilər. Durovun saxlanma müddəti avqustun 28-i başa çatır. Saxlanma müddədti başa çatmamış Durov məhkəməyə çıxarılmalıdır, ya da azadlığa buraxılmalıdır.
Fransa prezidenti Emmanuel Makron söz azadlığının pozulması ilə bağlı ittihamlar fonunda Durovun həbsinin siyasi qərar olmadığını, bunun məhkəmə istintaqı çərçivəsində həyata keçirildiyini və hökmü hakimlərin verəcəyini əlavə edib.
Rusiyanın Fransadakı səfirliyindən RİA Novosti-yə bildirilib ki, Fransa hakimiyyəti Durovun saxlanılması ilə bağlı indiyədək əməkdaşlıqdan imtina edib.
25.08.24, 16:10
Rusiya Pavel Durovla bağlı Fransaya nota verib
Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.
Bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib", - o deyib.
“Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir" - diplomat qeyd edib.
Qeyd edək ki, teleqramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
Rusiyanın düşmənləri üçün Durov rusdur və buna görə də təhlükəlidir - Medvedev
Durov Rusiyanın düşmənləri üçün rusdur və buna görə də FTB ilə əməkdaşlıq edən Zukerberqdən fərqli olaraq, təhlükəlidir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Durov vətənsiz əla yaşayan dünya insanı olmaq istəyirdi, düşünürdü ki, onun ən böyük problemi Rusiyadır. O başa düşməlidir ki, zaman da vətən kimi seçilə bilməz" - Medvedev sosial şəbəkə hesabında “Telegram”ın yaradıcısı və baş meneceri Pavel Durovun Fransada saxlanılmasına münasibə bildirərkən yazıb.
Qeyd edək ki, Durov avqustun 24-də Paris Le Burje hava limanına enən kimi saxlanılıb.
Fransız müstəntiqləri Durovun mövcud problemlərdən xəbərdar olmasına baxmayaraq, Parisə gəlməyə cəsarət etməsinə təəccüblənirlər.
"Artıq Telegram-ın cəzasız qalması bəsdir" - deyə Fransanın hüquq-mühafizə orqanındakı anonim bir əməkdaş AFP-yə bildirib.
Durov özü aprel ayında Taker Karlsona verdiyi müsahibədə etiraf edib ki, həbs olunacağı təqdirdə Telegram-ın fəaliyyətini davam etdirmək üçün əvvəlcədən tədbirlər görüb.