DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycan Avropa üçün gələcəkdə də əhəmiyyətli ölkə olacaq - Orban

Macarıstan prezidenti deyib ki, Azərbaycan artıq Avropa ilə sıx əməkdaşlıq edir, enerji təchizatı sayəsində strateji cəhətdən əsas ölkəyə çevrilib.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir, həmişəkindən daha yaxşıdır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunun kuluarında deyib.
“Düşünürəm ki, onlar hər zamankından daha yaxşıdır. Biz yəqin ki, enerji resurslarınızın ikinci ən böyük alıcısıyıq. İndicə ölkənizdən Avropa ölkələrinə, o cümlədən Macarıstana “yaşıl enerji” idxalına dair saziş imzalamışıq. Ona görə də hesab edirəm ki, Azərbaycan gələcəkdə də əhəmiyyətli ölkədir”, - o bildirib.
Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Viktor Orban qeyd edib ki, Avropa Şurasının sədri kimi Macarıstan Azərbaycanla daha da güclü, strateji əməkdaşlığın qurulmasını dəstəkləyir:
“Azərbaycan artıq Avropa ilə sıx əməkdaşlıq edir, enerji təchizatı sayəsində strateji cəhətdən əsas ölkəyə çevrilib. Ona görə də biz Avropa Şurasının sədri kimi Azərbaycanla əməkdaşlığın gücləndirilməsini dəstəkləyirik” (Report).
08.01.24, 18:29
Orban Avropa İttifaqı Şurasının müvəqqəti prezidenti ola bilər
Macarıstanın baş naziri Viktor Orban növbəti altı ay ərzində Avropa İttifaqı Şurasına sədrlik edə bilər.
Bu barədə "Politico" qəzeti yazıb.
Belçika mətbuatının yazdığına görə, iyunda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdıran hazırkı sədr Şarl Mişel istefa verəcəyi təqdirdə Orban Avropa İttifaqı Şurasına rəhbərlik edə bilər. Avropa İttifaqı Şurasının rəhbəri səsvermədə qalib gələcəyi təqdirdə iyulun ortalarında yeni vəzifəyə keçəcək.
Eyni zamanda, Avropa liderləri vakant postun varisi ilə bağlı razılığa gəlməlidirlər. Əgər onlar bunu bacarmasalar, Orban qurumun müvəqqəti rəhbəri olacaq, çünki Macarıstanın Aİ Şurasına sədrlik növbəsi iyulda yetişəcək.
Qəzetin yazdığına görə, Macarıstanın baş naziri Aİ-nin Ukraynaya dəstəyinə qarşı çıxdığından, digər Aİ ölkələrinin liderləri belə ssenaridən yayınmağı planlaşdırırlar.
Xatırladaq ki, Şarl Mişel yanvarın 7-də vəzifəsindən getməyi planlaşdırdığını açıqlayıb. O, Avropa Parlamentinə seçilərsə, deputatlığı parlament fəaliyyəti ilə birləşdirilə bilməyəcəyindən hazırkı vəzifəsindən istefa verməli olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.