BAKI, 6 sentyabr — Sputnik. Ermənistanda 44 günlük müharibənin şəraitini araşdıran komissiya öz işini başa çatdırıb və nəticəsi artıq hazırdır. Bu barədə komissiyanın rəhbəri Andranik Köçəryan bu barədə Ermənistanın İctimai Telekanalına müsahibəsində bildirib.
O, əlavə edib ki, oktyabrda qapalı iclas çağırmaq üçün parlamentin spikeri Alen Simonyana məktub yazacaq və bu iclasda yüzlərlə səhifədən ibarət yekun rəy təqdim olunacaq və onun məxfiliyinin statusuna qərar veriləcək. Köçəryan bildirib ki, qrup onun çıxışının mətni üzərində işləyir və komissiyanın qeydə aldığı bütün faktları işıqlandırılacaq.
"Niyə məğlub olduğumuzu göstərəcəyik, səbəblər fərqlidir. Əgər nəyisə qeydə almaq mümkün olmayıbsa, o zaman aidiyyatı qurumların hansı mexanizmlərlə daha dərin addımlar ata biləcəyi göstərilib", komissiya sədri bildirib.
Köçəryan əlavə edib ki, ictimaiyyət komissiyanın rəyi ilə qismən tanış ola biləcək, çünki orada çoxlu məxfi məlumatlar var. Çoxlu sənədlər təqdim olundu və öyrənildi.
Xatırladaq ki, komissiya 2022-ci ilin fevralında hakim çoxluğun ("Vətəndaş müqaviləsi" fraksiyası) təşəbbüsü ilə yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində deputatlar onun iclaslarına 2020-ci il müharibəsindən əvvəlki və sonrakı dövrdə ölkənin müdafiə və xarici siyasətinə məsul şəxsləri dəvət ediblər. 3 may 2023-cü il tarixində komissiyanın fəaliyyət müddəti uzadılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.