BAKI, 5 sentyabr — Sputnik. "Sibur" Azərbaycanla birgə neft-kimya müəssisəsinin yaradılmasını müzakirə edir, lakin hələlik imzalanmış saziş yoxdur. Bunu "Sibur"un baş direktoru və İdarə Heyətinin sədri Mixail Karisalov bildirib.
"Bildiyiniz kimi, bizim Qazaxıstanda artıq birgə müəssisəmiz var, o, fəaliyyət göstərir və Azərbaycanla da oxşar danışıqlar aparırıq, lakin bu gün heç bir sabit və ya imzalanmış saziş yoxdur", - o, RBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Özbəkistan və Qazaxıstanın "Sibur"la əməkdaşlığa motivasiyası emal sənayesində Rusiya istehsal şirkətlərinin, Rusiya elminin, mühəndislik və layihə biznesinin nüfuzunu göstərir.
"Sintetik və polimer materialların istehlakı təkcə Rusiya Federasiyasında deyil, hər yerdə artır və təbii ki, kifayət qədər böyük həcmdə karbohidrogen ehtiyatlarına malik olan qonşu ölkələrimiz emal sənayesinin inkişafında maraqlıdır", - Karisalov əlavə edib.
"Sibur"un əsası 1995-ci ildə qoyulub və baş ofisi Moskvada yerləşir. Bu, Rusiyanın ən böyük inteqrasiya olunmuş neft-kimya şirkətidir və qlobal neft-kimya sənayesində ən sürətlə inkişaf edən şirkətlərdən biridir.
Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. Sputnik BİA ŞİF-2024-ün baş informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.