BAKI, 5 sentyabr — Sputnik. ABŞ-ın niyə yalnız indi "Rossiya Seqodnya" beynəlxalq media qrupuna qarşı sanksiyalar tətbiq etməsinə təəccüblənirik. Bunu Rusiya prezidentinin mətbuat katibi Şərq İqtisadi Forumu çərçivəsində Dmitri Peskov deyib.
"Düzünü desəm, təəccübləndim. Düşündüm ki, siz axı uzun müddətdir ki, sanksiyalar altındasınız", - Peskov qeyd edib
Sentyabrın 4-ü ABŞ "Rossiya Seqodnya" media qrupu, RİA Novosti, RT, Sputnik və Ruptly-yə qarşı sanksiyalar tətbiq edib. Yeni sanksiyalar "Rossiya Seqodnya" media qrupunun və RT-nin baş redaktoru Marqarita Simonyan və bu telekanalın bir sıra top-menecerlərinə şamil edilib.
Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. Sputnik BİA ŞİF-2024-ün baş informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.