TƏHSİL

Məktəblərdə ilk dərs bu mövzuda olacaq

2024-2025-ci tədris ilinin təşkili barədə əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacaq.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Bu tədris ilinin ilk dərsi "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Qeyd olunur ki, ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Həmçinin ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün tədris planları təsdiqlənib. əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etmək tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.