AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Romada İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru ilə görüşüb

Qeyd olunub ki, sənədlərin imzalanmasından sonra "Eni S.P.A" şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.
Görüşdə SOCAR ilə "Eni S.P.A" şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulub, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Qeyd olunub ki, sənədlərin imzalanmasından sonra "Eni S.P.A" şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gəlib. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.