SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Aİ-nin meyarlarına uyğun gəlmir - Analitik

Analitik bildirib ki, Aİ üzvlərinin əksəriyyəti qonşuları ilə böyük problemləri olan inkişaf etməmiş ölkənin "qapılarını döyməsindən" məmnun deyillər.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Ermənistan Mərkəzi Seçki Komissiyasına Avropa İttifaqına üzvlük üçün imzaların toplanmasına başlanılma sənədləri təqdim olunub.
Sputnik Azərbaycan-ın analitiki Nadir Şəfiyev hesab edir ki, İrəvanın başlatdığı proses yalnız onu göstərir ki, onlar Aİ ilə əməkdaşlıq mexanizmini və mümkün inteqrasiya yollarını hələ tam öyrənməyiblər.

"Avropalı kuratorların bütün vədlərinə rəğmən, ermənilər başa düşməlidirlər ki, ittifaqın yeni üzvlərin qəbulu üçün müəyyən seçim meyarları var və İrəvan onların əksəriyyətinə cavab vermir", – ekspert bildirir.

Nadir Şəfiyev
Onun fikrinə görə, bundan əlavə, Aİ üzvlərinin əksəriyyəti qonşuları ilə böyük problemləri olan inkişaf etməmiş ölkənin "qapılarını döyməsindən" məmnun deyillər.
Sözügedən sənəd 51 vətəndaşdan ibarət qrup tərəfindən təqdim edilib. Onlar Respublika Partiyasının sədr müavini Artak Zeynalyanı səlahiyyətli nümayəndə təyin ediblər. MSK 10 gün ərzində təşəbbüsü qeydiyyata ala və ya rədd edə bilər.
Daha əvvəl parlamentin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı bildirmişdi ki, Ermənistan yaxın vaxtlarda Aİ-yə mümkün üzvlük məsələsini referenduma çıxara bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.