CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ehtiyatlı olun! “Azərpoçt” adından istifadə edilərək vətəndaşlar aldadılır

“Azərpoçt” vurğulayır ki, heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır.
Sputnik
BAKI, 5 sentyabr - Sputnik. “Azərpoçt” MMC adından istifadə edilərək vətəndaşlar aldadılır.
Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə “Azərpoçt”-dan bildirilib.
Qeyd olunub ki, sosial kanallarda yaradılmış saxta “Azərpoçt” səhifəsindən paylaşım edilərək itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalan bağlamaların simvolik qiymətə - 2,28 AZN-ə satıldığı bildirilir.

"Kiçik məbləğə böyük hədiyyələr vəd verən paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid etmələri xahiş olunur. Heç bir halda bu kimi paylaşımlara güvənməyin və linklərə daxil olaraq fərdi kart məlumatlarınızı bölüşməyin", - deyə MMC-nin məlumatında qeyd olunub.

Vurğulanıb ki, “Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır.
Həmçinin “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, vətəndaşlardan dərhal qurumun 169 Çağrı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.