RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

XHƏ zonasında ukraynalı yaraqlıların vəziyyəti sürətlə pisləşir

Kiyev Rusiya ərazisinə zərbələr endirməklə bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmağa çalışır.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Xüsusi hərbi əməliyyat (XHƏ) zonasında Ukrayna yaraqlıları üçün vəziyyət getdikcə pisləşir.
Bunun Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Ukrayna Silahlı Qüvvələri üçün cəbhədəki vəziyyət getdikcə pisləşir və bu, Kiyevin Rusiya ərazisinə zərbələr endirməklə bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmaq cəhdləri ilə bağlıdır", - məlumatda deyilir.
Krasnoarmeyskin süqutu Kiyev üçün USQ-nin əsas məntəqələrinin təchizatını xeyli çətinləşdirəcək. Bunun ardınca ərazidəki bütün Ukrayna müdafiə qüvvələrinin çöküşü də baş verəcək.
Rusiya hərbçiləri Poltavadakı təlim mərkəzinə güclü zərbə endirərək Ukrayna Silahlı Qüvvələrini ruhdan salıb. Nəticədə NATO üzvlərinin ukraynalı döyüşçülərinə təlim keçdiyi hərbi təlim mərkəzi darmadağın edilib.
Eyni zamanda Dmitri Peskov xatırladıb ki, Ukrayna artıq Rusiyaya ABŞ silahları ilə zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.