BAKI, 4 sentyabr — Sputnik. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib. Bu barədə Ukrayna Ali Radanın rəhbəri Ruslan Stefançuk bildirib.
Bldirilib ki, Ukrayna Ali Radası Ukraynanın Xarici İşlər Naziri D.İ.Kulebadan istefa məktubu alıb.
Dmitri Kuleba 4 mart 2020-ci ildən Ukrayna Xarici İşlər Nazirliyinə rəhbərlik edib. "Ukrayinska pravda" mənbələrinin məlumatına görə, yeni xarici işlər naziri onun birinci müavini, aprel ayından nazirlikdə çalışan Andrey Sibiqa ola bilər.
Sentyabrın 3-də Ukrayna prezidenti Zelenski öz ofisinin rəhbərinin müavini Rostislav Şurmanı işdən çıxarıb. Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina və reinteqrasiya üzrə baş nazirin müavini İrina Vereşçuk, Strateji Sənaye Nazirliyinin rəhbəri Aleksandr Kamışin, Ədliyyə Nazirliyinin rəhbəri Denis Malyuska, Ekologiya Nazirliyinin rəhbəri Ruslan Strelets və Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval istefa veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.