BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 4-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 4-də kimlər anadan olub?
Vahid Mustafayev (1968) - azərbaycanlı rejissor, ssenarist, operator, jurnalist və iş adamıdır. O, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin kiçik qardaşıdır. Vahid "ANS" şirkətlər qrupunun keçmiş prezidenti cə "VMF Natural Frequencies" şirkətinin təsisçisidir.
Bəhram Bağırzadə (1972) – Azərbaycanın əməkdar artisti, aktyor, rejissor, aparıcı və "Bakılı oğlanlar" KVN komandasının üzvüdür.
Fransua Rene de Şatobrian (1768-1848) - fransız yazıçısı, siyasətçisi və diplomatı, vikont, Fransa peri, mühafizəkar və romantizmin ilk nümayəndələrindən biridir.
Fransua Rene de Şatobrian
© Photo : Public Domen
Nina Urqant (1929-2021) - Sovet və Rusiya aktrisası, RF xalq artistidir. Aktrisa "On ikinci gecə", "Şinel", "Ana və ögey ana" və s. filmlərdə rol alıb.
Rişi Kapur (1952-2020) - hindistanlı aktyor, rejissor, prodüser və ən yaxşı aktyor nominasiyasına görə "Filmfare Award" mükafatı laureatıdır. O, aktyor və rejissor Rac Kapurun ortancıl oğludur.
Beyonse (1981) – "R&B" üslubda mahnılar ifa edən amerikalı müğənni, aktrisa, rəqqasə və musiqi prodüseridir. O, 1990-cı illərin sonunda "Destiny's Child" adlı qadın qrupunun solisti kimi məşhurlaşıb. 2019-cu ildə "Forbes" jurnalına görə ən yüksək maaş alan musiqiçilər siyahısına daxil edilib.
Beyonse
© AP Photo / Evan Agostini
4 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1837-ci ildə Nyu-York Universitetində Semüel Morze ilk dəfə teleqraf ixtirasını nümayiş etdirib.
1841-ci ildə alman şairi Avqust Henrix Hoffmann von Fallersleben özünün yazdığı "Doyçland, Doyçland, yuber alles" mahnısını təqdim edib və bu mahnı Almaniyanın himninə çevrilib (sözlər Haydnın Avstriya imperiya himni əsasında idi).
1882-ci ildə Tomas Edison Nyu Yorkda dünyanın ilk kommersiya elektrik işıqlandırmasını işə salıb (cəmi 85 müştəri olub).
1975-ci ildə SSRİ-də "Nə? Harada? Nə zaman?" adlı oyun yayımlanıb. Proqram məşhur televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Natalya Stetsenko tərəfindən yaradılıb.
1998-ci ildə ABŞ-da "Google" şirkəti Sergey Brin və Lari Peyc tərəfindən yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.