RUSİYA

Rusiya ilə Çin arasında münasibətlər görünməmiş səviyyəyə çatıb - Putin

Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Rusiya ilə Çin Xalq Respublikası arasında münasibətlər görünməmiş səviyyəyə çatıb, ölkələr regionlararası əməkdaşlığa böyük diqqət yetirir. Bunu Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədr müavini Han Çjen ilə ikitərəfli görüşdə deyib.
"Birgə səylər sayəsində Çin və Rusiya arasında əlaqələr görünməmiş yüksək səviyyəyə çatıb. Biz regionlararası əməkdaşlığa da böyük əhəmiyyət veririk. Ümid edirəm ki, Şərq İqtisadi Forumunda bugünkü görüşlər və sabahkı birgə iş zamanı biz qarşılıqlı fəaliyyətimizin yeni sahələrini axtarıb tapa biləcəyik", - Putin deyib.
Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. RİA Novosti "VEF-2024"-ün baş informasiya tərəfdaşıdır.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya lideri bildirmişdi ki, iki ölkənin müvafiq dövlət qurumlarının, biznes və ekspert dairələrinin nümayəndələrini bir araya gətirən Rusiya-Çin Enerji Biznes Forumu bu əhəmiyyətli sahələrdə əməkdaşlığın aktual məsələləri üzrə birbaşa, konstruktiv dialoqun təmin edilməsində mühüm rol oynayır.
"Onun son inkişafları arasında mən qarşılıqlı faydalı birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar açan unikal informasiya-analitik platforma olan "Rusiya-Çin enerji əməkdaşlığının investisiya atlası"nı qeyd etmək istərdim. Əminəm ki, bu forumun işi səmərəli olacaq, iştirakçıların səsləndirdiyi fikir və təkliflər praktiki tətbiqini tapacaq", - Rusiya lideri əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.