Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan SQ Ordubad rayonundakı mövqelərimizi atəşə tutub

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
28.08.24, 10:07
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.