RUSİYA

Kiyev rejimi öz mahiyyətini nümayiş etdirir - Peskov

Rusiya prezidentinin mətbuat katibi deyir ki, onlar öz yolu ilə gedirlər, rejim öz mahiyyətini göstərir.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Kiyev rejimi öz mahiyyətini göstərir, Rusiya öz yolu ilə getməli və xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirməlidir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Onlar öz yolu ilə gedirlər, rejim öz mahiyyətini göstərir və biz öz yolumuzla getməli və xüsusi hərbi əməliyyatın vəzifələrini tamamlamalı, qarşıya qoyulan vəzifələri yerinə yetirməliyik", Peskov Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrin Kursk vilayətində planları ilə bağlı bəyanatını şərh edərkən deyib.
Peskov qeyd edib ki, Rusiya öz məqsədlərinə çatacaq.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri avqustun 6-da saat 5.30-da Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb, O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin sentyabrın 3-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 9,3 mindən çox hərbi qulluqçu və 80 tank itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyyatı rejimi tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.