BAKI, 4 sentyabr — Sputnik. Ermənistan ordusunun hərbçisi Edqar Aleksanyanın ölümü ilə əlaqədar onun hərbi xidmətdə olan əsgər yoldaşı saxlanılıb. Bu barədə Sputnik Ermənistan-a mənbələr məlumat verib.
Aleksanyanın çənəsində güllə yarası olan meyiti sentyabrın 2-də hərbi hissələrdən birində döyüş mövqeyində tapılıb. Ermənistan İstintaq Komitəsi qeyd edib ki, ilkin məlumatlara görə, hərbçi özünü güllələyib. Meyitin üzərində başqa zorakılıq əlamətləri aşkarlanmayıb.
Məhkəmə-tibbi ekspertizası təyin edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
30.07.24, 16:03
Ermənistan ordusunun zabiti niyə öldürülüb?
Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Karen Karapetyan qisas məqsədilə öldürülüb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, yanvarın 9-da gecə saat 04:30-05:00 radələrində leytenant Karapetyanın tabeliyində olan N.X. döyüş postunda yuxuya gedib. Bu səbəbdən leytenant əsgərə qarşı kobud ifadələr işlədib və onu təhqir edib.
Növbətçiliyi yekunlaşan N.X. istehkama daxil olub, AK-103 markalı avtomatını dolduraraq Karapetyana atəş açıb.
N.X. həbs olunub. Artıq istintaq yekunlaşıb və materiallar hərbi prokurorluğa təhvil verilib. Karapetyanın 23 yaşı var idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.