BAKI, 3 sentyabr — Sputnik. Türkiyə BRIKS-ə üzvlük üçün müraciət etməsinə baxmayaraq, Avropa İttifaqına (Aİ) namizəd olaraq qalır.
Bunu ittifaqın xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano Brüsseldə keçirilən brifinqdə deyib.
"Türkiyə, hər hansı digər ölkə kimi, onun üçün nəyin daha yaxşı olduğuna qərar verə bilər, ittifaqlar formalaşdıra və əməkdaşlıq qura bilər. Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Türkiyə bəzi məhdudiyyətləri nəzərdə tutan namizəd ölkə olaraq qalır. Bizim Türkiyə ilə ortaq gömrük ittifaqımız, bu ölkə üçün yaxşı və çox sərfəli ticarət əlaqələrimiz var", - Stano qeyd edib.
Bu yaxınlarda "Bloomberg" mənbələrə istinadən bildirib ki, Türkiyə BRİKS-ə qoşulmaq üçün müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.