DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtalyanların yarısı Ukraynaya yardımın azaldılmasının tərəfdarıdır

Sorğuda yaşı 18-dən yuxarı olan iki min respondent iştirak edib. Sorğu avqustun 9-dan 15-dək aparılıb.
Sputnik
BAKI, 3 sentyabr — Sputnik. İtaliya vətəndaşlarının yarısı hesab edir ki, Roma Kiyevə yardımı azaltmalıdır. Ölkə sakinlərinin 40%-i Moskva və Kiyevin Ukraynadakı münaqişəni müstəqil şəkildə həll etməli olduğu fikrini bildirib.
Bu barədə "Affari Italiani" onlayn nəşri dərc edib.
Lab21.01 Sosiologiya İnstitutunun apardığı araşdırmanın nəticələrinə görə, italyanların 40,3%-i Rusiya və Ukraynanın vəziyyəti kənar müdaxilə olmadan həll etməli olduğu fikrini dəstəkləyib. Sakinlərin 28,9%-i bildirib ki, digər ölkələr fərdi qaydada silah göndərməyə davam etməlidir. İtaliya vətəndaşlarının 22,7%-i hesab edir ki, Ukrayna sülh naminə ərazisinin bir hissəsini Rusiyaya verməlidir, 8,1% sakinlərinin fikrincə isə NATO münaqişəyə birbaşa müdaxilə etməlidir.
İtalyanların əksəriyyəti (51,8%) hesab edir ki, Roma hazırda Ukraynaya göndərilən yardımı azaltmalıdır. Sorğuda iştirak edənlərin 48,2%-i tədarükün saxlanması və artırılması ilə bağlı əks fikirdədirlər. Rusiya Prezidenti Vladimir Putin və Vladimir Zelenskinin mövqelərinə gəlincə, respondentlərin 38,8%-i onların heç birinə yaxınlıq hiss etmədiklərini bildiriblər. Eyni zamanda Rusiya lideri rəqibindən bir qədər çox dəstək alıb (30,9).
Telefon sorğusunda yaşı 18-dən yuxarı olan iki min respondent iştirak edib. Sorğu avqustun 9-dan 15-dək aparılıb.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və "alovla oyun" olur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğul olur. Kreml bəyan edib ki, Ukraynanın Qərb tərəfindən silahlarla doldurulması danışıqlara kömək etmir, yalnız mənfi təsir göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.