BAKI, 3 sentyabr — Sputnik. Şuşa Şəhər Dövlət Qoruq İdarəsi şəhərdə ictimai nəqliyyatda rahat və təhlükəsiz səyahət imkanı yaratmaq məqsədilə yeni "Şuşa Kart"ı istifadəyə verib. Sputnik Azərbaycan Şuşa Şəhər Dövlət Qoruq İdarəsinə istinadən xəbər verir ki, "Şuşa Kart" Şuşa şəhərində bütün ictimai nəqliyyat vasitələrində - avtobuslar və digər ictimai nəqliyyat növlərində istifadə oluna bilən bir nəqliyyat kartıdır.
Sakinlər kartı şəhərin iki əsas giriş nöqtəsində (Yeni yaşayış kompleksi və Xanlıq Muxtar Karvansarayında ("Güllü bağ" ilə üzbəüz)) quraşdırılmış ödəniş terminalları vasitəsilə sərnişinlər kartlarını asanlıqla əldə edə, yükləyə və istifadəyə verə biləcəklər.
Şuça kartı
© Sputnik
Kartın üstünlükləri:
Rahat və sürətli ödəniş sistemi: Sərnişinlər kart vasitəsilə ödəniş edərək, avtobus və ictimai nəqliyyat vasitələrində sürətli səyahət edə biləcəklər.
Dostlar və ailə ilə paylaşma imkanı: "Şuşa Kart" müxtəlif növ nəqliyyat vasitələrində bir neçə şəxs üçün ödəniş etmək imkanı təqdim edir.
Ekoloji dost yanaşma: Kart, kağız bilet istifadəsini minimuma endirərək, ekoloji təsiri azaldır və şəhərdə təmiz mühitinin qorunmasına kömək edir.
Qeyd edək ki, növbəti aylarda əhali və turistlər kartın digər imkanlarından da yararlana biləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.