RUSİYA

Monqolustan və Rusiyanın Qərbə nəsə göstərmək vəzifəsi yoxdur - Peskov

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bu iki ölkə ən yaxın qonşu ölkələrdir.
Sputnik
BAKI, 3 sentyabr — Sputnik. Monqolustan və Rusiyanın Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur, ölkələr ikitərəfli münasibətləri inkişaf etdirmək vəzifəsini yerinə yetirirlər.
Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Heç kimin - nə Monqolustanın, nə də Rusiyanın Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur. Biz ən yaxın qonşu ölkələrik və biz ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vəzifəsini icra edirik", - Peskov qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir. O, Xalxin Qol çayında sovet və monqol silahlı qüvvələrinin yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün ötən gecə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.