TƏHSİL

Lisey və gimnaziyalara qəbul nəticələri elan olundu

Valideynlər qəbul nəticələri barədə www.sy.edu.az elektron sistemindən şəxsi kabinetində "Sorğularım" menyusuna daxil olaraq tanış ola bilərlər.
Sputnik
BAKI, 3 sentyabr — Sputnik. Mərkəzi imtahanlı lisey və gimnaziyalara III mərhələ qəbul nəticələri elan olunub. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib. Belə ki, valideynlər qəbul nəticələri barədə www.sy.edu.az elektron sistemindən şəxsi kabinetində "Sorğularım" menyusuna daxil olaraq tanış ola bilərlər.
5 sentyabr saat 15:00-dək qəbul olan şagirdlərin şəxsi işləri oxuduğu məktəbdən götürülməli və qəbul olduğu lisey və ya gimnaziyaya təqdim olunmalıdır.
Qeyd olunan tarixədək qəbul olduğu müəssisəyə sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab ediləcəkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.