DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Braziliya Ali Məhkəməsi X sosial şəbəkəsinin bloklanmasını təsdiqləyib

Qərarda sosial şəbəkənin dezinformasiyaya qarşı ciddi mübarizə aparmadığı göstərilir.
Sputnik
BAKI, 3 sentyabr — Sputnik. Braziliya Ali Məhkəməsi ölkə ərazisində "X "sosial şəbəkəsinin bloklanmasını təsdiqləyib.
Yerli KİV-lər xəbər verir ki, məhkəmənin 5 hakimi sosial şəbəkəyə girişin məhdudlaşdırılmasına dair iddianı təmin edib. Qərarda sosial şəbəkənin dezinformasiyaya qarşı ciddi mübarizə aparmadığı göstərilir.
Məhkəmənin qərarı elan olunduqdan qısa müddət sonra icra edilməyə başlayıb. Provayderlər X sosial şəbəkəsinə girişi mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb.
Xatırladaq ki, budan öncə ABŞ-nin "X" sosial şəbəkəsi Braziliyadakı fəaliyyətini dərhal dayandırdığını elan edib. Qərar yerli hakimiyyətlə şirkətin rəsmi nümayəndəsi arasında yaranan münaqişə fonunda qəbul edilib.

"İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün Braziliyadakı fəaliyyətimizi dərhal dayandırmaq qərarına gəldik", - şirkətin hesabında qeyd edilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.