BAKI, 3 sentyabr — Sputnik. Traktorun qaz xətini zədələməsi nəticəsində Azərbaycanın 22 kəndi qazsız qalıb. Bu barədə Sputnik Azərbaycan-a Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.
Xəbərdə bildirilir ki, 03.09.2024-cü il saat 10:40-da traktor qazıntı işləri aparan zaman Tərtər rayonunun 22 kəndini qazla təmin edən d-219 mm-lik qaz xəttinə zərər yetirib.
Bu səbəbdən hazırda rayonun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Təmir-bərpa işlərinə artıq başlanılıb. Gün ərzində işlərin yekunlaşdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.