İNFOQRAFİKA

Azərbaycan Aİİ-nin hansı ölkələrinə alma ixrac edir?

Bu ilin əvvəlindən Rusiya Federasiyasına 178,3 min ton alma tədarük edilib. Bu meyvələrin Azərbaycandan Aİİ ölkələrinə tədarükü haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Sputnik
Cari ilin yanvar-may aylarında Azərbaycan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında ən çox Rusiyaya alma ixrac edib - 28,5 min ton.
Bundan başqa, qeyd edilən dövrün yekunlarına görə, Qazaxıstana alma tədarükü 1,4 min ton, Belarusa isə 130 ton təşkil edib.
İnfoqrafika: Azərbaycan hansi AİB ölkəlrinə alma ixrac edir
Bu yaxınlarda Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) bildirib ki, 2024-cü ilin əvvəlindən may ayına qədər Rusiya almanı ən çox Serbiyadan (30,9 min ton), Azərbaycandan və Çindən (15,2 min ton) idxal edib.
Ümumilikdə bu ilin əvvəlindən Rusiya Federasiyasına 178,3 min ton alma tədarük edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.