BAKI, 2 sentyabr — Sputnik. Cari ilin yazında Türkiyə Rusiya Federasiyası ilə taxıl sazişini yenilənmiş formada bərpa etmək istəyib, lakin Ukraynanın günahı üzündən bütün razılaşmalar pozulub. Rusiya əməkdaşlığı bərpa etməyə hazır olub.
Bu barədə "TASS" Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə istinadən xəbər verib.
Bu yaxınlarda nazir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri və professor-müəllim heyəti ilə görüş keçirib və orada "Ukraynanın atom elektrik stansiyalarını (AES) bombalamaq planlarının", çox güman ki, artıq o vaxtdan bəri olduğunu qeyd edib. Məhz bu görüşdə ən son anda Ukrayna tərəfi kommersiya gəmilərinə toxunmamaq öhdəliklərinə "atom elektrik stansiyalarının təhlükəsizliyinə riayət etməyin zəruriliyi haqqında" bəndin əlavə edilməsini təklif edib.
"Biz də bəzi nüansları görsək də razılaşdıq. Ərdoğan (Türkiyə prezidenti – red.) həqiqətən bizi bunun irəliyə doğru bir addım olacağına inandırdı, o, tam səmimi olaraq faydalı olmağa çalışdı. Biz razılaşdıq, lakin dərhal bunu təklif edən ukraynalıların özləri bunun onlara uyğun olmadığını söylədilər" - Sergey Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.