BAKI, 2 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir.
Putin Xalxin-Qolda Sovet və Monqolustan silahlı qüvvələrinin birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak edəcək.
Məlumata görə, səfər iki gün - sentyabrın 3-dək davam edəcək. V.Putinin Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxla görüşü nəzərdə tutulub.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçiriləcəyi planlaşdırılıb.
30.08.24, 15:11
Rusiya və Monqolustan liderləri münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcəklər
Rusiya Prezidenti Vladimir Putin və Monqolustan rəhbəri Uxnaaqiyn Xürelsüxa danışıqlar zamanı iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək və aktual problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
"Danışıqlar zamanı dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Rusiya-Monqolustan münasibətlərinin daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə edəcək, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar", - məlumatda deyilir.
Qeyd olunur ki, səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.
"Vladimir Putinin Monqolustan Böyük Xalq Xuralının (Parlament) sədri Amarbayasqalan və Monqolustanın Baş naziri Oyun-Erdene ilə də danışıqların aparılması nəzərdə tutulub", - məlumatda bildirilib.
Bundan əlavə Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Xalxin-Qolda Sovet və Monqolustan silahlı qüvvələrinin birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün sentyabrın 3-də Monqolustana səfər edəcək.
"Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsüxanın dəvəti ilə 2024-cü il sentyabrın 3-də Rusiya Prezidenti Vladimir Putin Sovet və Monqolustan silahlı qüvvələrinin Xalxin-Qol çayında yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Monqolustana rəsmi səfər edəcək", - məlumatda qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.