DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan referenduma gedir: Tokayev tarixi açıqladı

Prezident bildirib ki, qarşıdan gələn referendum geniş milli dialoqun növbəti təzahürü və dinləyən dövlət konsepsiyasının həyata keçirilməsinin parlaq nümunəsi olacaq.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-da respublikada atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumun keçiriləcəyini açıqlayıb.
Dövlət başçısı əlavə edib ki, o, ötən il bu mövzuda ümumxalq səsverməsinin keçirilməsindən danışıb, bu mövzu bir ildir ki, ictimai gündəmdədir.
"Hesab edirəm ki, bu, vətəndaşların məlumatlı qərar qəbul etməsi üçün yetərli müddətdir", - Tokayev qeyd edib.
O, həmçinin bildirib ki, qarşıdan gələn referendum geniş milli dialoqun növbəti təzahürü və dinləyən dövlət konsepsiyasının həyata keçirilməsinin parlaq nümunəsi olacaq.
"Qlobal enerji çatışmazlığının artdığını nəzərə alaraq, bizim etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə böyük ehtiyacımız var" - Qazaxıstan Prezidenti deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.