BAKI, 2 sentyabr — Sputnik. Monqolustan güzəştli qiymətlərlə yanacağa və yanacaq-sürtkü materiallarına ehtiyacı hiss edir. Rusiya bu işdə kömək üçün müraciətlərə cavab verir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Onoodor" ilə söhbətində Rusiya-Monqolustan əməkdaşlığının təfərrüatlarından danışıb.
"Müvafiq hökumətlərarası saziş üzrə danışıqlar aparılır", Rusiya lideri qeyd edib.
Prezidentin sözlərinə görə, artıq bir neçə ildir ki, Monqolustan ərazisindən Rusiyadan Çinə magistral qaz kəmərinin çəkilməsi üçün hazırlıq işləri aparılır.
2021-ci ildə işə başlamaq qərarı verilib və ötən ilin sonunda layihə sənədlərinin hazırlanması başa çatıb. Monqolustanın tranzit rolu ilə məhdudlaşmayacağı güman edilir. Ucuz boru kəməri qazının bir hissəsi ölkə iqtisadiyyatının və infrastrukturunun inkişafına sərf olunacaq. Vladimir Putin söyləyib ki, Rusiya ilə Monqolustan arasında ikitərəfli tərəfdaşlıq yaxşı templə inkişaf edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.