SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistandakı revanşist qüvvələr genişmiqyaslı hərbi provokasiya törədə bilərlər

Politoloq izah edib ki, Cənubi Qafqazda sabitliyin pozulmasının əsas mənbələri ABŞ və Fransadır.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. Bu gün Cənubi Qafqazda sabitliyi pozan əsas dövlətlər ABŞ və Fransadır.
Bunu rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan əsas mənbələr məhz ABŞ, eləcə də Fransadır. Bu o deməkdir ki, Ermənistandakı revanşist qüvvələr genişmiqyaslı hərbi provokasiya törətməklə sülh prosesini pozmağa cəhd edə bilərlər”, - o vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan uzaqmənzilli raket sistemlərinin elan edilmiş tədarükü də daxil olmaqla hücum silahları ilə silahlandırılır: “Qərbin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri İrəvana gəlir, həm Nikol Paşinyan, həm də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edilirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan subyektivliyini itirib”.
İ.Korotçenko hesab edir ki, bu gün Ermənistan Cənubi Qafqazda Qərbin “Troya atı”dır.
O vurğulayıb ki, NATO və ABŞ-nin məqsədi və vəzifəsi Ermənistan ərazisində qeyri-sabitlik mənbəyi və meydança yaratmaqdır: “Xüsusən də ABŞ bu gün Ermənistanı silahlandırır. Bu yolla irimiqyaslı təxribatlar hazırladıqları göz qabağındadır”.
Rusiyalı ekspertin fikrincə, yalnız Cənubi Qafqaz dövlətlərinin birgə səyləri ilə bu mənfi tendensiyaların qarşısını almaq olar.
İ.Korotçenko Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivlərini şərh edib: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatında bildirilir ki, nəqliyyatın trafiki və hərəkətinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti həyata keçirməlidir”.
Onun fikrincə, Qərb ölkələri Cənubi Qafqazda sabitliyi pozmağa, nəqliyyat layihələrinin, xüsusən də “Şimal-Cənub” dəhlizinin reallaşmasının qarşısını almaq üçün Ermənistandan vasitə kimi istifadə etməyə çalışırlar.
06.04.24, 10:57
Ermənistan "ən yaxşı" halda Zəngəzuru itirəcək - Korotçenko
ABŞ və Aİ Ermənistanı Ukrayna yolu ilə aparacaq və bu, Brüssel görüşünün əsas nəticəsidir. Bu, o deməkdir ki, qarşıda müharibə var. Ukrayna Krımı, Donbass, Xerson və Zaporojye vilayətlərini itirdi, Ermənistan da Zəngəzuru itirəcək. Bunu politoloq İqor Korotçenko deyir.

"Axı diplomatiyada güzgü prinsipi işləyir. İrəvanın Ermənistanın KTMT-də iştirakını dondurması o deməkdir ki, KTMT də öz növbəsində müvafiq fors-major hallar baş verərsə, Ermənistanı qorumaq üçün İrəvan qarşısında götürdüyü öhdəlikləri dondurur", - ekspert qeyd edib.

"Beləliklə, Ermənistanın ərazi bütövlüyünün təmin edilməsi və onun müdafiəsi - birdən-birə "qara qu quşu" kateqoriyasına aid hadisələr baş verərsə, indi KTMT və Rusiya üçün deyil, Nikol Vovayeviçin Fransanın simasında "yeni dostları" üçün başağrısı məsələsidir. N.Paşinyan KTMT və Rusiyaya münasibətdə "Heç kimin heç kimə borcu yoxdur" prinsipini irəli sürmək qərarına gəldi - bu, o deməkdir ki, heç kimin heç kimə borcu yoxdur", - Korotçenko əlavə edir.
Ermənistan-Aİ-ABŞ görüşü, arxiv
Politoloq izah edir ki, məntiq xəyalpərəst Paşinyandan başqa hamı üçün sadə və başa düşüləndir:
"Zəngəzur Azərbaycandır deyən Bakı öz dediyindən əl çəkməyəcək. Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür. KTMT Ermənistanı müdafiə etmirsə, Qərb dostları da heç qorumayacaq. Ermənistan "ən yaxşı halda" Zəngəzuru itirəcək. Ən pis ssenaridə Azərbaycanla yeni müharibə Ermənistanı dünyanın siyasi xəritəsindən siləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.